“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq”
“Su resursları düzgün idarə edilməsə, BMT inkişafla bağlı qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmayacaq”.
Su təmizlənməsi ilə məşğul olan “Suez” şirkətinin rəhbəri Jan-Lui Şossad bu fikirdədir.
Bizimyol.info.az bildirir ki, şirkət rəhbəri “Le Figaro”ya müsahibəsində insanların istidən əvvəl susuzluqdan qırılacağını bildirib.
Mütəxəssisin fikrincə, oyun qaydalarını hökumətlər müəyyənləşdirməlidir, şirkətlər isə lazımi texnologiyalara uyğunlaşmalıdır. Jan-Lui Şossad deyir ki, özəl sektorla hökumət problemin həlli üçün birlikdə işləməlidir.
Şossad kənd təsərrüfatına dəstəyin vacibliyini qeyd edib. Söyləyir ki, kimyəvi maddələrdən daha az istifadə olunmalıdır. Bu halda su mənbələri də nitratlarla az çirklənər.
Mütəxəssis bildirir ki, Hindistan və Çin kimi ölkələr yeraltı mənbələrdən çox istifadə edə bilmir. Çünki həmin mənbələrdə suyun bərpası yüzillər sürür.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Şossad qlobal istiləşmə, iqlim dəyişikliyi haqda çox danışıldığını, amma su çatışmazlığının daha böyük problem olduğunu qabartmaq istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək