Dünyada bankomatdan istifadə baxımından ən təhlükəli ölkələr açıqlanıb
ABŞ, Kanada, Böyük Britaniya, Hindistan və İndoneziyada bankomatan istifadə edərkən daha ehtiyatlı olmaq lazımdır.
“Report” xəbər verir ki, bu ölkələrdə bankomatdan pul çıxaran şəxslərin soyğunçuluq (skimminq) hallarına məruz qalması ehtimalı yüksəkdir.
Qeyd edək ki, skimminq bankomat vasitəsilə plastik kartın pin kodunu müəyyən etmək, eləcə də kartın surətini çıxarmaq üçün lazımi məlumatları oxumaqdan ibarət dələduzluq növüdür. Ekspertlərin fikrincə, kart istifadəçiləri özlərini qorumaq üçün kartı mümkün qədər gizli saxlamalı, pin kodu onun üzərinə yazmamalı, kodu yığarkən kənardan görünməsin deyə klaviaturanı əllə örtməli, hər bankomatdan istifadə etməməlidir.
Məlumatda o da deyilir ki, yay aylarında bank kartlarından oğurluq halları azalır, lakin kartını itirənlərin sayı artır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
