Dünya nəhəngindən imtina edib, "Qalatasaray"a gəldi - Şok fakt
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz Radamel Falkao ilə bağlı maraqlı etiraf edib.
Fanat.Az xəbər verir ki, klub rəhbəri kolumbiyalı ulduzun yayda “Real”a keçmək imkanın olduğunu bildirib. Amma Falkao bu təklifdən imtina edib.
“Real”ın prezidenti Florentino Perez bizi təbrik etdi. Mən bunun səbəbini soruşdum. “Biz Falkaonu istədik, amma “Qalatasaray”a keçəcəyini dedi. Digər Madrid komandası da onu istəyib. Bunu bizə Falkao yox, Florentino Peres dedi. Həm də 15 nəfərlik rəhbər şəxsin yanında” deyə Mustafa Cengiz bildirib.
Klub prezidenti Falkaonun “Monako”nun təklifindən də imtina etdiyini qeyd edib: “Falkao ilk oyunda ölümünə müdafiəyə gedib, top çıxartmağa çalışdı. Çox çalışdı. Bura pul üçün gəlmədi. 8 milyon avro maaşdan, bonuslarla birlikdə 9,5 milyon avrodan imtina edib gəldi. O, “Monako”nun bu şərtlərlə 2 illik müqavilə təklifindən imtina edib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı