Dünya mediası Əli Həsənovun məqaləsinə geniş yer ayırıb
Bir sıra ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini yaymaqda davam edir.
İranın “İRNA” xəbər agentliyi, Qazaxıstanın “Rezonans”, Gürcüstanın “Newsday”, “Gaxa”, Özbəkistanın “Kun.uz”, Qırğızıstanın “Goldenbridgenews”, Ukraynanın “Versii”, Moldovanın “Tribuna” portalları, Türkiyənin “Sanalbasın”, “Bafra55” saytları, “Gazetekars” qəzeti Əli Həsənovun bu məqaləsinə yer veriblər. Bundan başqa, Türkiyənin BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi məqaləni tam şəkildə öz saytında yerləşdirib.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərdən ətraflı bəhs edilir. Həmçinin ölkəmizin iqtisadi sahədə uğurlarından, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açılır./Axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kral Çarlz texnologiya nəhəngləri ilə gizli görüşdü
Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Paşinyanın maaşı 80% artdı!
Fermerlərə dəstək: Bürokratiya əngəllərinə son!
Ermənistanda TRİPP layihəsi geniş müzakirə edildi
Gürcüstan DTK-nın yeni rəhbəri: Tamaz Boraşvili
Almaniya səfiri İran XİN-ə çağırıldı