Dünya böyük fəlakətlə qarşı-qarşıya: hər an partlada bilərlər
Yəməndə fəaliyyət göstərən husilər terror təşkilatı Səudiyyə Ərəbistanını təhdid edib.
Daha əvvəl “Amarco” neft email zavodunu partladan İran dəstəkli terrorçular yenidən hücum edə biləcəklərini açıqlayıb.
“Səudiyyə Ərəbistanının neft təsisi “Amarco”da yerləşən şirkətləri və xariciləri xəbərdar edirik: hər an yenidən hücum edə bilərik”,- təşkilatdan verilən açıqlamada deyilir.
Qeyd edək ki, “Amarco”nun iki zavodu həftə sonu gecə saatlarında silahlı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmış, partlayışın ardınca yanğın çıxmışdı.
ABŞ Dövlət Departmanetinin rəhbəri Mayk Pompeo Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna edilən hücuma görə İranı günahlandırıb və hücumların Yəməndən olduğuna dair dəlil tapılmadığını bildirib.

ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi isə bu ittihamları təkzib edib.
ABŞ zavodların son vəziyyətini göstərən peyk görüntülərini paylaşıb. Görüntülərdə zavodların böyük həcmdə zərər gördüyü ortaya çıxıb. Səudiyyə Ərəbistanının Enegetika naziri Əbdüləziz ibn Salman hücum səbəbilə neft emalının müvəqqəti dayandırıldığını açıqlayıb. Bundan sonra dünya birjalarında Brent markalı neft 18% bahalaşıb (publika.az).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək