05.07.2019 - 16:56
Dünya
19 baxış
Dubay əmiri Avropaya qaçmış arvadını məhkəməyə verdi
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Dubay əmiri Məhəmməd ibn Rəşid əl-Maktum Avropaya qaçmış həyat yoldaşı Həyya bint əl-Hüseyni məhkəməyə verib.
CNN xəbər verir ki, məhkəmədə dinləmələr iyulun 30-u və 31-nə təyin edilib.
Məhkəmə iyulun 30-da əmir və arvadının iki uşaq üzərində qəyyumluğu məsələsinə baxacaq. Şahzadə Həyya əri ilə məhkəmə çəkişməsinə hazırlaşır.
Xatırladaq ki, şahzadə iki uşağı ilə birlikdə iyunun sonunda Almaniyaya qaçıb və özü ilə 39,3 milyon dollar götürüb. Sonradan onun Londonda 107 milyon dollar dəyərində evdə yaşadığı xəbəri yayılıb.
Qeyd edək ki, şahzadə Həyya İordaniya Kralı II Abdullahın bacısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14