Dubay hökmdarının xanımı ölkədən qaçdı - 40 milyon dollar da götürüb
Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biri olan Haya bint əl-Hüseynin ölkədən qaçdığı iddia olunur.
Minval.info “milli.az”a istinadən xəbər verir ki, Dubaylı milyarderin xanımı 31 milyon funt-sterlinq (təxminən 40 milyon dollar) götürərək Londona qaçıb.
Ona qaçmaqda kömək edən şəxsin almaniyalı diplomat olduğu deyilir. Təsdiq olunmamış məlumatda bildirilir ki, o, 7 yaşlı oğlu Zayed və 11 yaşlı qızı Əl-Calilanı da özü ilə aparıb.
Qeyd edək ki, Haya bint əl-Hüseyn İordaniya kralı I Hüseynin qızıdır. O, Şeyx Məhəmməd bin Rəşid ilə 2004-cü ilə ailə qurub. Şeyx Məhəmməd bin Rəşid əl-Maktum isə Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziridir. Onun 9 milyard dollarlıq sərvətə sahib olduğu deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək