Döyüş təyyarəsi təlim zamanı ABŞ-ı bombaladı
ABŞ Hava Qüvvələrinə aid “A-10C Thunderbolt II” hücum təyyarəsi Florida ştatını bombalayıb.
Təyyarə Corcia ştatındakı “Moody” hava bazasından təlim üçün havaya qalxıb.
Lakin Florida ştatının Suvanni Sprinqs qəsəbəsi yaxınlığında quş sürüsü ilə toqquşub. Nəticədə təlim məqsədilə istifadə olunan hər biri 11 kq ağırlığında BDU-33 bombalarını yerə salmaq məcburiyyətində qalıb.
Sözügedən bombalar 226 kiloqramlıq M1a-82 bombalarının imitasiyası məqsədilə istifadə olunur.
“Moody” hava bazasından məsələ ilə bağlı verilən açıqlamada bombaların yanlışlıqla aktiv edildiyi bildirilib.
Bombalar hələ ki, tapılmayıb.
Hadisə zamanı ölən və yaralanan olub-olmadığı haqqında məlumat yoxdur. (publika.az)
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək