17.10.2018 - 20:48
Image result for Dövlət Təhlükəsizliyi Xidməti
Ölkə 26 baxış

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi

Image result for Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunun qüvvəyə minməsi ilə əlaqədar Fərman imzalanıb.

Minval.İnfo xəbər verir ki, həmin qanunla Cinayət Məcəlləsinə “Dənizdə yerləşən stasionar platformaların təhlükəsizliyinə təhdid yaradan əməllər” (maddə 219-2), “Radioaktiv materiallardan istifadə edərək öldürməklə, sağlamlığa ağır zərər vurmaqla və ya əmlaka əhəmiyyətli zərər vurmaqla hədələmə” (maddə 226.3), “Radioaktiv materialları talamaqla hədələmə” (maddə 227-1), “Aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər”ə (maddə 270-1) görə cinayət məsuliyyəti nəzərdə tutan yeni maddələr əlavə edilib.

Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: