Dövlət qurumları avtomobillərini satışa çıxardı - QİYMƏTLƏR
Əmlak Məsələləri Dövlət Komitəsi dekabrın 11-də növbəti hərrac barədə elan verib.
Minval.info xəbər verir ki, dövlət qurumlarının balansında olan maşınlar satışa çıxarılacaq.
Onların sırasında yer alan maşınlardan üçü Vergilər Nazirliyinin balansındadır. Siyahıda ən ucuz maşın 2007-ci ilə aid olan “Daewoo Nexia”dır. Onun ilkin satış qiyməti 2880 manat müəyyən edilib. “KİA Optima”lar (2005) isə 3600 manata satılır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin balansında olan “Mitsubishi L-200” markalı maşının (2005) ilkin satış qiyməti beş min manatdır. 2006-cı ildə istehsal edilən “Mitsubishi Galant” isə 7 500 manata satılır.
Hərracın ən baha maşını isə “Mercedes Benz S350”dir. Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin balansında olan maşın 30 min manata hərraca çıxarılıb. Avtomobil 2008-ci ildə istehsal edilib.
Maşınları hərracda almaq üçün onların qabaqcadan dəyərinin 10%-i məbləğində beh ödənilməlidir. Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR