“İşğaldan azad olunmuş ərazilərdə Birinci Qarabağ müharibəsinə aid kütləvi məzarlıqlar tapılıb”.

“Minval.info”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, həmin məzarlıqların beynəlxalq təşkilatlar vasitəsilə açılması və orada olan meyit qalıqlarının ekskumasiyası və identifikasiyası istiqamətində müvafiq tədbirlər görülməsi nəzərdə tutulur.