Donald Tramp İranı hədələyib
ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.
APA-nın xəbərinə görə, D. Tramp bir müddət əvvəl İranın ABŞ-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurmasını xatırladıb.
“İran pilotsuz uçuş aparatını vurduğu zaman PUA-nın onların hava sərhədini pozduğunu bəyan etmişdi. Halbuki PUA onların hava məkanına yaxın deyildi. Bunun yalan olduğunu bilə-bilə, bu iddiadan möhkəm yapışdılar. İndi də deyirlər ki, Səudiyyə Ərəbistanına hücumla onların heç bir əlaqəsi yoxdur. Görərik!”, – deyə D. Tramp qeyd edib.
Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək