Dollar ucuzlaşır: Manat bahalaşacaqmı? - ŞƏRH
“Dollar əksər səbət valyutalara nisbətən dəyər itirməkdədir. Avro da ABŞ dollarına nisbətən möhkəmlənməkdədir. Avropanın vahid valyutası dollar ilə müqayisədə son 2 ildə ən yüksək kurs ilə dəyişdirilir. Hazırda avro dollar məzənnəsi 1,20 psixoloji həddə yaxınlaşıb”.
“MediaPost” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dolların məzənnəsində azalmalar ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin bu il avqustun 27-də təşkil olunan “Jakson Hole” Simpozimundakı çıxışından sonra daha sürətlənməyə başlayıb: “FED sədri bildirib ki, monetar siyasət qərarları zamanı orta inflyasiya hədəf göstəricisindən istifadə olunacaq. Bu isə o deməkdir ki, FED simmetrik göstəricidən artıq istifadə etməyəcək. Dolların zəifləməsi qızıl bazarına da təsirsiz ötüşməyib. Son bir ayda 24 faiz dəyər qazanan qiymətli metal bu gün daha 2 faiz bahalaşıb. Təbii ki, bütün bunlar heç də dolların kəskin ucuzlaşacağından xəbər vermir”.
“Qlobal bazarda dolların zəifləməsi Azərbaycan milli valyutasının ABŞ puluna nisbətən möhkəmlənməsi anlamına gəlməməlidir. Tam üzən məzənnəyə keçid başa çatmadığı üçün manatın dollara nisbətən məzənnnəsi növbəti aylarda da birbaşa Mərkəzi Bankı qərarlarından asılı olacaq”, – deyə millət vəkili qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB