Türkiyədə dəhşətli terror: Ölənlər və yaralananlar var
Türkiyənin Diyarbakır şəhərinin Kulp qəsəbəsi ilə Muş arasında yerləşən Dokuzviraj bölgədə terror hadisəsi törədilib.
“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, PKK terrorçuları yola döşədikləri partlayıcıları sivil vətəndaşların olduğu mikroavtobus keçərkən işə salıblar. Partlayışın zərbəsindən avtobus dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Avtobusdakılar meşədə işləyən fəhlələr olub. Hadisə yerinə xeyli sayda təcili yardım, polis göndərilib. Yaralılar Kulp Dövlət Xəstəxanasına aparılıb.
Terrorla bağlı artıq prezident Rəcəb Tayyib Ərdoğan da məlumatlandırılıb. Ərdoğan Diyarbakır valisi Həsən Basri Güzeloğlu ilə telefonda danışaraq ətraflı məlumat öyrənib. Prezident ölənlərin yaxınlarına başsağlığı verərək, yaralılara şəfa diləyib. O, terroçuların tutulması üçün bütün imkanların səfərbər ediləcəyini vəd edib və məsələni nəzarətdə saxlayacağını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər