Dispetçer solla sağı səhv saldı - Onlarla insan öləcəkdi
Tayvanın “Eva Air” hava yolları şirkətinə aid sərnişin təyyarəsi dağ zirvəsinə təhlükəli yaxınlıqdan ötüb keçib.
Buna səbəb aviadispetçerin solla sağı səhv salması olub.
İnsident 2016-cı ildə Los-Ancelesdən Taypeyə uçan “Boeing 777” laynerində baş versə də, araşdırma nəticələri yalnız indi ictimailəşib. Məlum olub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dispetçer təyyarəni şərqə istiqamətləndirməli olduğu halda, qərbə yönəldib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Əvvəl pilota 180 dərəcə sola uçmaq və iki min metr yüksəkliyə qalxmaqla bağlı təlimat verilib. 40 saniyədən sonra isə sağa 180 dərəcə döndərməsini istəyib. Ardınca havada “Air Canada” şirkətinə aid “Boeing” təyyarəsi ilə toqquşmaması üçün 1,5 min metr yüksəklikdə uçmasını tələb edib. Çox keçmədən dispetçer yenidən hər şeyi qarışdıraraq, “Eva Air” təyyarəsini yanlış istiqamətə göndərib.
Nəticədə Tayvan layneri Vilson dağlarının 500 metr yaxınlığından keçərək, pilotlara həyəcanlı anlar yaşadıb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək