Direktor müəllimi “kupalnik”ə görə qovmaq istədi, belə dəstək oldular
Rusiyanın Barnaul şəhərində maraqlı hadisə yaşanıb. “Qafqazinfo”nun “Moskovskiy Komsomoleç”ə istinadən verdiyi xəbərə görə, məktəblərdən birində rus-dili və ədəbiyyat fənni üzrə müəllimə işləyən Tatyana Kuvşinnikova həm də qış üzgüçülüyü ilə məşğul olur.
O, qış üzgüçülüyü üzrə müsabiqə zamanı çimərlik geyimində çəkilmiş şəklini sosial şəbəkədə paylaşdıqdan sonra bunu bəyənməyən valideynlərdən biri direktora şikayət edərək müəllimənin işdən azad edilməyini istəyib.

Tatyana Kuvşinnikova
Direktor isə Kuvşinnikovadan istefa ərizəsini yazmağı tələb edib. Lakin daha sonra digər çoxlu valideyn narazılığından sonra o, işinə bərpa olunub.
Bu hadisədən sonra Rusiyanın müxtəlif şəhərlərindən olan müəllimələr Tatyanaya dəstək üçün fləşmob təşkil ediblər. Onlar “kupalnik”li fotolarını instaqramda paylaşaraq gənc müəllimənin yanında olduqlarını bildiriblər.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır