Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB - VİDEO
153 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni məktəb direktorundan şikayət edib.
“Minval.info” Orman.az-a istinadla xəbər verir ki, valideyni uşağın məktəbdən səbəbsiz qovulduğunu deyir. O, qeyd edir ki, məktəbin direktoru Təranə Paşayeva şagirdi dərsdə iştirak etmədiyinə görə təhsildən uzaqlaşdıöını bildirir.
Lakin atası onu da əlavə edir ki, oğlunun dərsdə iştirak etmədiyi günlər üçün tibbi arayış alınıb. O, şagirdin dərsdən qovulmasının əsl səbəbini valideynin məktəbə “fond pulu”, “mühafizə pulu” ödəməməsi ilə əlaqələndirib.
Qovulan şagirdin valideyni Təhsil Nazirliyinə və millət vəkili Qənirə Paşayevaya müraciət edib.
Ən ürəkdağlayan məqam isə şagirdin simasında görünür. Məsələnin bizə məlum olan tərəfi odur ki, azyaşlı ciddi psixoloji travma yaşayır.
Ümid edirik ki, Təhsil Nazirliyi valideynin bu çağırışına reaksiya verəcək, problemin dəqiq səbəbi analiz olunaraq məsələyə düzgün qiymət veriləcək.
Qeyd edək ki, 153 saylı tam orta məktəbin direktoru Təranə Paşazadə Qənirə Paşayevanın yaxın qohumudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO