Dinini dəyişən irlandiyalı rokçu hicabla görüntüləndi - FOTO
Şineyd O`Konnor uzun müddət fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına başı bağlı formada, hicabla çıxıb.
Oxu.Az xəbər verir ki, irlandiyalı müğənni həm “Late Late Show”da çıxış edib, həm də jurnalistlərin suallarını cavablandırıb.
52 yaşlı rok ulduzu televiziya kameralarının önünə qırmızı rəngdə ənənəvi müsəlman paltarında çıxıb.
Şineyd bir il əvvəl inancını dəyişib. 2017-ci ildə “Facebook”da Konnor bipolyar pozğunluqdan əziyyət çəkdiyini etiraf edən bir video yayımlayıb, yaxınlarının onun yanına gəlməsini istəmişdi.
Bir neçə aydan sonra müğənni adını dəyişib Maqda Davitt qoydu. Ad dəyişimindən sonra ona yenə də Şineyd kimi müraciət edənlərə isə “savadsız axmaqlar” demişdi.
Sonra sənətçi müsəlman olduğunu yazıb, özünə Şuhada adlandırmışdı.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək