Şəhid Kamil Şirinovun ailəsi “Bizimləsən” proqramına qonaq olub.
Axşam.az xəbər verir ki, Kamilin anası övladından danışıb. O bildirib ki, oğlu Çingiz Mustafayevin “Şəhid oldum” mahnısına tez-tez qulaq asırmış:
“Kamil torpaqların geri alınmasını çox istəyirdi. Həmişə deyirdi ki, mən şəhid olacam. Ancaq şəhidlərlə bağlı mahnıya qulaq asırdı. Hətta təlimlərdə o qədər “Mən şəhid oldum” mahnısına qulaq asıb ki, dostları deyib, niyə tez-tez dinləyirsən? Qayıdıb ki, bu mahnı məni aparıb. Evdə yoldaşına da deyirdi ki, şəhid olacam, balalarımı böyüdərsən”.
Şəhidin xanımı Zəhra “2015-ci ildə tanış olduq, 2017-ci ildə ailə qurduq. İki övladımız var. Yaralı dostu ilə danışdıq. Deyir ki, mən yaralananda kömək edirdi, iynə vurdu. Füzulidə şəhid oldu, snayperlə vurulub. Gedəndə bilirdik ki, ya qazi olacaq, ya şəhid olacaq. Kamil ingilis, rus, erməni dilini bilirdi, kurslara gedirdi” deyərək, kövrəlib.



































