Deputatlar Milli Məclisdə Tofiq Yaqubludan danışdılar
“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.
O bildirib ki, deputat həmkarı Razi Nurullayevin Tofiq Yaqublu ilə bağlı fikrini bölüşür: “Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.
“Mən bu gün Tofiq Yaqublunun günahkar olub-olmaması ilə bağlı məlumatlı deyiləm”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O bildirib ki, bu gün Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid olunur: “Əgər Tofiq Yaqublunun şəxsiyyəti əsasında yaranan məzəmmətlər ölkəmizə ziyan vurursa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı