29.08.2018 - 12:50
Səhiyyə
28 baxış
“Dedilər beyninə hava getməyib” – Doğulduqdan 1 saat sonra ölən körpənin nənəsi DANIŞDI
Ağsu Rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü baş verib.
Minval.info xəbər verir ki, rayon sakini 27 yaşlı Çinarə Nəbiyevanın övladı təbii doğuşla dünyaya gəldikdən sonra ağır anlar yaşanılıb.
Uşaq doğulduqdan 40-50 dəqiqə sonra dünyasını dəyişib
Qadının həyat yoldaşı bildirib ki, Çinarə Nəbiyeva müayinə üçün bir neçə gün müntəzəm olaraq xəstəxanaya aparılıb. Həkimlər uşağın ana bətnində normal olduğunu deyiblər.
Şamama Mahmudova – Uşağın nənəsi: “Uşaq doğulandan 40-50 dəqiqə sonra öldü. Mən təkidlə dedim ki, gedim uşaga baxım. Gördüm burnuna nəsə qoşublar. Amma uşağın rəngi çox da qaralmamışdı. Dedilər beyninə hava getməyib. Ürək döyüntüsünün olduğunu da dedilər. Üstündən 10-15 dəqiqə keçdi, dedilər ki, uşaq ölüb. Başım çıxmır, niyə belə oldu”.
Faktla bağlı rayon prokurorluğuna müraciət edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
13.09.2026 - 20:14
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
13.09.2026 - 16:02
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
12.09.2026 - 19:09
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
12.09.2026 - 16:49
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
11.09.2026 - 21:34
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi
11.09.2026 - 14:20
Dünyanın ən uzun atı Hüqo lüks həyat yaşayır
11.09.2026 - 10:22
İlham Mirzəyev xəstəxanadan evə buraxıldı
10.09.2026 - 22:49