Daha iki marşrut avtobusunda ödəniş sistemi kartla olacaq
20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub.
Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək.
Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi – “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək.
Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək. Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin yeni dayanacaq məntəqələri müəyyənləşdirilib.
Xatırladaq ki, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.
Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"