Dərbənddəki Nizami parkı acınacaqlı vəziyyətdə: bilərəkdən bu hala salıblar - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı Rusiyanın Dərbənd şəhərində elmi ezamiyyətdə olub.
Tarix İnstitutunun mətbuat xidmətindən verilən məlumata görə, ezamiyyət zamanı şəhərdə olan institut əməkdaşları müəyyən ediblər ki, 1994-cü ildə Dərbənddə salınmış Nizami Gəncəvi adına park baxımsız vəziyyətdədir.
Bildirilib ki, 6 hektarlıq ərazini əhatə edən parkda vaxtilə istirahət guşələri, gəzinti yerləri, hərəkət cığırları olsa da, onların hamısı sökülüb və dağıdılıb.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Şəhər sakinlərinin verdiyi məlumata görə, dahi Azərbaycan şairi və mütəfəkkirinin adını daşıyan parkı xüsusi məqsədlə bu hala salıblar, bütün yaşıllıqlar, ağaclar bir neçə günün içində məhv edilib.
Parkın abadlaşdırılması üçün əraziyə tikinti materialları gətirilsə də, işlər yarımçıq qalıb.
Alimlər onu da müəyyən ediblər ki, parkın divarına bitişik hissədə müəyyən tikinti işlərinin görülməsinə də cəhd edilib. Lakin sahədə qədim qəbirlər aşkar edilib, bundan xəbər tutan şəhər sakinlərinin etirazı nəticəsində tikinti-qazıntı işləri dayandırılıb.
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO

ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ