"Çukur"a damğa vuran Neslican Tay səhnəsi - FOTO
Türkiyənin ən reytinqli seriallarından hesab olunan “Çukur”un ötəngünkü seriyası Neslican Taya həsr olunub.
Milli.Az bildirir ki, ekran işində xərçəng xəstəliyindən vəfat edən Neslican Tayla bağlı səhnəyə yer verilib.

Bu addım sosial şəbəkələrdə təqdir edilib, izləyicilər rejissoru bu hərəkətinə görə “alqışlayıblar”.

Qeyd edək ki, 22 yaşlı gənc qız 4 il əvvəl sümük xərçənginə tutularaq ayağının birini itirmişdi. Xəstəlik ayağından sonra ağciyər və digər orqanlarına yayılsa da o, kimya terapiyalar sayəsində qalib gəlmişdi. Dördüncü dəfə xərçəngə tutulan gənc qız orqan yetməzliyi səbəbilə müalicə aldığı xəstəxanada vəfat edib. Neslican xəstəliyinə baxmayaraq, hər zaman pozitiv paylaşımları ilə eyni xəstəlikdən əziyyət çəkən insanlara dəstək olmuşdu. Onun vəfatı ilə bağlı bir çox məşhurlar paylaşım ediblər.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək