Corc Dik: "İsrail ilə Azərbaycan arasında strateji münasibətlər var"
“İsrail ilə Azərbaycan arasında 30 ildir qurulmuş diplomatik münasibətlər dövründə strateji əlaqələr bərqərar olub”.
Minval.info xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.
O, iki ölkə arasında dərin tarixi köklərə söykənən münasibətlər, xüsusilə də son iki ildə bir sıra çətin sınaqlardan keçib: “Azəırbaycanla münasibətlərimiz 44 günlük müharibə vaxtında sınaqdan keçdi”.
Səfir həmçinin ölkələrimiz arasında səhiyyə və sair sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini də dilə gətirib.
30 il bundan əvvəl Azərbaycanı ilk tanıyanlardan biri olduqlarını vurğulayan İsrail səfiri ikitərəfli münasibətlərin uzaq keçmişə söykəndiyini, Azərbaycanda müsəlman ölkələrinin ən böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?