“Ciyər axşamı” idi” - Hovuzda oynayanlarla bağlı açıqlama
Bu gün sosial şəbəkələrdə bir qrup şəxsin hovuzda aşıq musiqisinə etdiyi rəqsin videosu yayılıb.
Birmənalı qarşılanmayan görüntülər tənqidlərə məruz qalıb. Yerli mediada videonun toyda çəkildiyi, rəqs edən şəxslərin içkili olması ilə bağlı məlumatlar yayılıb.
Minval.info xəbər verir ki, Axşam.az videoda saz ifa edən Aşıq Daşqın Gəncəli ilə əlaqə saxlayıb. O, görüntülərin toy məclisində qeydə alınmadığını deyib:
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Toy deyildi. Normal yığıncaq – “Ciyər axşamı” (Toydan bir gün öncə keçirilən məclis – red.) idi, özləri əylənirdilər. Heç kim kefli olmayıb. Ev sahibi nə nazir, nə deputatdır. Adi normal bir adamdır. Məclis Bakıda olmayıb, amma Azərbaycanın başqa bir ərazisində baş tutub. Burada böyüdüləsi ciddi bir problem yoxdur”.
Qeyd edək ki, sosial şəbəkədə D.Gəncəli haqda da belə bir şəraitdə aşıq musiqisi ifa etdiyi üçün tənqidlər yazılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO