Çinli bir qadın virus olan qurğu ilə Trampa yaxınlaşmaq istəyib
Yutszin Çjan adlı çinli bir qadın 4 mobil telefonla və zərərli proqramın yerləşdirildiyi fleş-daşıyıcı qurğu ilə qanunsuz olaraq ABŞ prezidenti Donald Trampın Florida ştatının cənubundakı Mar-a-Laqo kurortunda mülkləri olan əraziyə keçə bilib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “The New York Times” nəşri yazıb.
Nəşrin məlumatına görə, hadisə Trampın kurortda dincəldiyi ərəfədə baş verib. Çjan Mar-a-Laqoda yerləşən su hovuzundan istifadə edəcəyi ilə bağlı mühafizəçini aldadıb. Bildirilir ki, onun soyadı qapalı klubun üzvləri siyahısında görünüb.
Qadın mülklərin ərazisinə daxil olduqdan sonra bildirib ki, o, BMT-nin himayəsi altında Çin-ABŞ cəmiyyətinin təşkil etdiyi tədbirə gəlib. Sonradan elə bir tədbirin təşkil olunmadığı üzə çıxıb və çinli qadın saxlanılıb. Nəticədə o, yalan ifadə verdiyinə və əraziyə qanunsuz daxil olduğuna görə məsuliyyətə cəlb edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü