Çində snayper metroda girov qadını belə xilas etdi - VİDEO
Çinin Nanninq şəhərində metro stansiyasında bıçaqlı şəxs bir qadını girov götürüb.
BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, hadisə yerinə gələn polislər 2 saat silahlı şəxslə danışıqlar aparsa da, onu fikrindən daşındıra bilməyiblər.
Buna görə hadisə yerinə snayper çağırılıb. Snayper silahlı şəxsə görünməmək üçün qarşısında dayanan bir polisin arxasında üzü üstə yerə uzanıb və onun ayaqları arasından silahlı şəxsi başından vuraraq zərərsizləşdirib. Bununla da girov qadın xilas edilib.
O bildirib ki, 19 illik polis həyatında ilk dəfə bir cinayətkarı öldürmək məcburiyyətində qalıb.
Zenq Hao adlı həmin snayper və əməliyyatda iştirak edən digər polislər uğurlu əməliyyata görə mükafatlandırılıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ