Bu gün “Texnolgiyadan bir səhifə” – rubrikamızda Çin istehsalı telefonların niyə bu qədər ucuz olmasından bəhs edirik.

Telefonlar həyatımızın elə bir hissəsini zəbt edib ki, onu su, hava qədər önəmli hiss edirik.

Mobil cihazalara böyük məbləğdə pul verməyə hazır olanlar arasında azərbaycanlılar yuxarı pillələri tutur. Ən son model telefonu 2 dəfə baha da olsa kreditlə alan, əlindəki modelin bir üst versiyası çıxan kimi sırf göstəriş üçün ona böyük məbləğdə pullar xərcləyən vətəndaşlarımızın sayı minlərlədir.

“Minval.info” xəbər verir ki, bu düşüncə illərdir müxtəlif sahələrdə var. Telefon bazarında isə artıq “İphone”, “Samsung” kimi dünya nəhənglərinin bu göstəriş xəstəliyindən istifadəsinə son qoymaqda olan Çin istehsalı telefonlar boy göstərir.

“Xiamo”, “Huawei”, “Meizu”, “Lenovo”, “OPPO” kimi brendləşmiş Çin telefonları bazarı hər gün daha da zəbt edir, texnologiya sahəsində atdıqları addımlarla diqqət çəkirlər. Bu markaların ən böyük üstünlükləri isə, qiymətlərinin rəqibləri ilə nisbətdə həddən artıq ucuz olmasıdır.

Çoxlarını düşündürən sual var – Bu telefonlar niyə ucuzdur?

Çinli telefonlar neden ucuz? ile ilgili görsel sonucu

Az gəlir əldə etmək

Əslində Çin istehsalı telefonlar ucuz deyil, digərləri bahadır. Çinli iş adamlarının biznes düşüncəsi fərqlidir. Onlar 100 dollara başa gələn telefonu 120 dollara satır, az gəlir əldə edir. Yəni şirkət sahibi düşünür ki, o, zərər edə biləcəyi limitə çatmayacaq qədər qazansa kifayət edir. Əsas məsələ telefonu daha çox insana satmaq, adını dünya markası etməkdir. Şirkətlər gəlirlərini isə telefonlarında olan rəsmi “store”larında satdıqları vizual görünüşü dəyişən temalar, proqramlar, musiqi və əyləncəli tətbiqlərdən qazanır.

xiaomi mi 8 ile ilgili görsel sonucu

Qənaəti qazanca çevirmək

Bir çox dünya markaları özünün istehsal etdiyi məhsulu saxlamaq üçün milyonlarla dollar xərcləyərək anbarlar icarəyə götürür, satışa qədər malını orada saxlayır. Bunun qorunması, təhlükəsizliyi üçün də xərc çəkir. Çinli şirkətlər isə bunu etmir. Onlar qənaəti qazanca çevirməyi yaxşı bacarırlar. Bəhs etdiyimiz brendlər böyük depolardansa kiçik anbarlar icarəyə götürür. Satışı isə böyük hissədə internet üzərindən həyata keçirir. Onlayn satış üzərindən tələb olunacaq qədər məhsul ayırır, onu “Məhdud sayda” elanı ilə satışa çıxarır. Bu yolla alıcılara, “Bu yəqin ki, yaxşı telefondur, həm də az qalıb, tez alım” düşüncəsini yeridir və məhsulunu qısa zamanda satır. Bundan əlavə, çinlilər anbar xərcini satıcıların üzərinə atır, məhsulu onlara birbaşa göndərir, satıcı şirkətlər məhsulların anbarda saxlama xərcini özü çəkir və ya tez bitirmək üçün qiyməti mümkün qədər ucuz edir.

Çinli telefonlar neden ucuz? ile ilgili görsel sonucu

Ucuz reklam

“İphone”, “Samsung” kimi iki dünya nəhəngi reklama milyonlarla dollar xərcləyirlər. Onlar bəzən bir-birilərinə atmaca atmaq üçün roliklər hazırlatdırır, fotolar yayımlayırlar. Bundan əlavə “Samsung” son illərdə bir neçə reklamına 20 milyon dollar xərcləyib, amma onları da sonradan hər yerdən sildirib. Çünki reklamları tənqid edənlərin sayı milyonları ötmüşdü, rolikdə müştərini çaşdıran xətalar var idi. Hər iki şirkət bunlardan əlavə müxtəlif reklamlara da pullar xərcləyir. Çinlilər isə bu tipli reklamlardan qaçır, az büdcə ilə reklamı sadəcə internetdə yayımlayır. Onlar üçün ən böyük reklam “məsləhət”dir. Belə ki, məhsulunu internet üzərindən alıcısına çatdıran şirkət ondan yaxşı geridönüş alır, həmin şəxs telefonu bəyəndiyi üçün onu dostlarına, qonşularına məsləhət görür, ailəsinə hədiyyə edir. Beləcə milyonlarla insan məsləhət, tövsiyyə reklamı ilə markanı brendə çevirir. Üstəlik buna da pul xərcləmək lazım olmur. “Bilinən marka olsun ki, ustasını, xarab olsa detallarını tapmaq olsun” cümləsi də hər kəsə tanışdır. “Xiaomi” Azərbaycana onlayn satış üsulu ilə daxil olanda heç kim bu markanı tanımırdı, mağazası, texniki servisi yox idi. Minlərlə satış olandan sonra rəsmi mağaza da açıldı, servis də yarandı, detalları da rahatlıqla tapılmağa başlandı. Burada da çinlilərin “Məhsulumuz çox satılarsa tələbə uyğun təklif də formalaşacaq” düşüncəsi işə yaramış oldu.

Çinli telefonlar ile ilgili görsel sonucu

İnkişaf etmiş texnolgiyadan istifadə, amma…

“Sony” öz kamera sensorlarını, bir çox smartfon komponentlərini, o cümlədən “Samsung” mobil prosessorlarını, “Apple” mobil prosessorları optimallaşdıran proqram dizaynlarını inkişaf etdirir. Bütün bunlar təbii olaraq böyük məbləğlərə başa gəlir. Bu baxımdan, “Samsung” imzalı Exynos 9 çipsetindən istifadə edərək bir “Samsung Galaxy S9” istehsal etmək, hazırda Qualcomm Snapdragon 845 çipsetini istifadə edərək “Xiaomi Mi 8” istehsal etməkdən daha baha başa gəlir. Çinin smartfon istehsalçıları ən müasir avadanlıq və proqram təminatlarından istifadə etsələr də, ən yeni texnologiyanı təyin edəcək araşdırmaları aparmırlar. Bazarda ən sürətli smartfonların demək olar ki, hamısı Çində istehsal olunur və bu qurğular bazarda ən qabaqcıl avadanlıqlara malikdir. Ancaq bu avadanlıqların heç biri büdcə xərcləyərək Çin markaları tərəfindən hazırlanmayıb. Çinlilər bu tipli inkişafları digər markalara buraxır, sürətli istehsal və sürətli satışa diqqət yetirirlər. “Huawei” brendinə ayrı səhifə açamq lazımdır. Çünki “Huawei” dünyanın ən böyük şəbəkə və telekommunikasiya avadanlıqları istehsalçısıdır. Şirkət Çin, ABŞ, Kanada, Birləşmiş Krallıq, Pakistan, Fransa, Belçika, Almaniya, Kolumbiya, İsveç, İrlandiya, Hindistan, Rusiya, Türkiyə və Azərbaycan kimi ölkələri böyük şəbəkə və telekommunikasiya avadanlıqları ilə təmin edir. Şirkətin 170 mindən çox işçisi var və bunların 76 mini sırf texnologiya sahəsində inkişafa yönəldilib.

İlgili resim

Ucuz işçi qüvvəsi

Çin və sənaye sözləri yan-yana işlədildikdə ağla gələn ilk anlayışlardan biri “ucuz işçi qüvvəsi”dir. Dünyanın ən çox əhali sayına malik olan Çində milyonlarla insan qarın toxluğuna işləməyə can atır. Buna görə, Çin sənayesi dünyada lokomotivdir. Çində işçi qüvvəsi o qədər ucuzdur ki, təkcə Çin mallarını istehsal edən markalar deyil, kapitalizm dövrünün ən məşhur markaları da burada zavodlar qurur. Bir çox ölkə istehsalını Çində edib, oradan məhsullarını ölkəsinə gətirərək satışa çıxarır.

Məhəmməd Türkmən

Minval.info