Çin ABŞ-a səsləndi
ÇXR-nin xarici işlər naziri Van İ ABŞ-ın baş katibi Mayk Pompeo ilə telefon danışıqları zamanı Vaşinqtonun Çinin maraqlarını tapdalamamağa səsləyib.
Nazir bildirib ki, son illər ABŞ Çin sahibkarlarının işi də daxil olmaqla, Pekinin müxtəlif sahələrdə maraqlarına xələl gətirən qərarlar verib.
“Biz buna qəti qarşıyıq. Bu səbəbdən də ABŞ tərəfini çox da “dərinə getməməyə” səsləyirik”, – Van İ-nin sözlərini ÇXR-nın XİN-i sitat gətirir.
Van i qeyd edib ki, Çin həmişə iqtisadi və ticari ziddiyyətləri danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin bunun üçün tərəflər eynihüquqlu iştirakçılar kimi ünsiyyətdə olmalıdırlar.
Bir müddət öncə ABŞ və Çin arasında ticari danışıqların müvəqqəti dayandırıldığı bildirilmişdi. Danışıqların növbəti raundunun vaxtı hələ məlum deyil. Belə ki, mənbənin verdiyi məlumata görə, hər iki tərəfin hansı məsələni qaldıracağı bəlli deyil.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək