Çilidən olan jurnalist karantinə görə 2 aydan çoxdur ki, Şəkidə qalıb - VİDEO
Dünyanın 30-dan çox ölkəsini gəzərək, onların mədəni irsini araşdıran cənubi amerikalı juranilst martda şəkiyə gəlib. Karantin səbəbindən də 2 aydan artıqdır ki, orada qalıb. Yazıçı-jurnalist azərbaycan və şəki haqqında təəssüratlarını, eləcə də ölkədəki pandemiya ilə mübarizə barədə fikirlərini “xəzər xəbər”lə bölüşüb.
Çilidən olan jurnalist karantinə görə 2 aydan çoxdur ki, Şəkidə qalıb…
Uzun müddət dünya xalqlarının mədəni irsini araşdıran Çili vətəndaşı Nikolas Rojas bu ilin martında Bakıya,ordan da Şəkiyə gəlib. YUNESKO-nun mədəni irs siyahısına salınmış nümunələri araşdıran jurnalist karantin səbəbindən Şəkidə qalmalı olub. Azərbaycan mədəniyyətinin bir sıra istiqamətlərini yaxından öyrənmək imkanı qazanan Nikolas iki kitab üzərində işləyir. Səyahətçi gündəliyi üslubunda yazacağı kitabda Azərbaycanda gördüklərindən bəhs edəcək.
Çilili jurnalist Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən tədbirləri də yüksək qiymətləndirib.
Azərbaycan haqqında daha çox məlumatların, xüsusən ingilis dilində yazıların dərc olunmasını istəyən Şəki sakini Elşad Yusif də araşdırmalar zamanı Nikolasa yaxından kömək edib.
Nikolas bölgələrdə karantin rejiminin yumşaldılmasından sonra araşdırma aparmaq üçün daha çox vaxtının olacağını deyir.
https://www.youtube.com/watch?v=skpW0vtrFA4&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO