Çernobılda rekord sayda turist qeydə alındı
Çernobıla turist marağı dayanmadan artır. Xüsisilə “Çernobıl” serialından sonra Ukraynadakı bu əraziyə böyük turist axını başlayıb.
Bizimyol.info xəbər verir ki, Çernobılda rekord qeydə alınıb. Bura heç vaxt olmadığı qədər turist gəlib.
Bu ilin ilk 8 ayı ərzində fəlakət zonasına 74761 nəfər ayaq basıb. Turistlərdən 14416-sı səfərini avqusta salıb.
Ukraynalıların özü də Çernobıla az maraq göstərmir. Elə ora gedənlərin əksəri də yerli vətəndaşlardır. Əcnəbilərdən isə daha çox ingilislər və polşalılar Çernobıla üz tutur.
Qoruq administrasiyası da böyük marağı serialla bağlayır. Amma narahatlıq da var. “Unutmaq olmaz ki, bura əyləncəli park deyil. Burada xüsusi təhlükəsizlik qaydalarına əməl olunmalıdır”, – administrasiyanın açıqlamasında belə deyilir.
Çernobıl Atom Elektrik Stansiyasında partlayış 1986-cı il aprelin 25-dən 26-na keçən gecə baş vermişdi. Bəzi mənbələr 93 min nəfərə qədər insanın bundan zərər gördüyünü iddia edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
