Cənubi Koreyada kopya qalmaqalı: Təhsil naziri istefa verdi
Cənubi Koreyada hər il keçirilən Suneung imtahanı, nüfuzlu universitetlərə qəbul, yüksək maaşlı işlər və hətta daha yaxşı evlilik imkanları üçün bir qapı kimi qəbul edilir. Bu səbəbdən imtahan zamanı mümkün kopya cəhdlərinin qarşısını almaq üçün bir sıra ciddi tədbirlər həyata keçirilmişdi.
Minval.info xəbər verir ki, bu tədbirlərə imtahan bölgələrindəki ictimai Wi-Fi siqnallarının kəsilməsi və paltar düymələrinin üzərinə etiket yapışdırılması kimi detallı tədbirlər daxildir. Təhsil naziri Çoi Kyo-jinin imtahan öncəsi etdiyi açıqlamalar isə cəmiyyətdə güvən yaratmamışdı.
“AFP-nin məlumatına görə, Çoi, X hesabında yayımladığı son açıqlamada, “İmtahan hər hansı böyük hadisə olmadan başa çatdı, lakin məsul nazir olaraq imtahan öncəsi kifayət qədər hazırlıq görmədiyimizə dair ictimai tənqidlərdən azad olduğumu düşünmürəm. İndi imtahan bitdi və mən tam məsuliyyəti üzərimə götürərək istefamı təqdim edirəm” deyə bildirdi.
Cənubi Koreya Prezidenti Li Ce Myonqun, Təhsil nazirinin istefasını qəbul etdiyi bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq
Fransada prezidentliyə namizəd Ruffin yarışdan çəkildi
İki kosmik aparat Merkurinin orbitinə daxil oldu
Rusiyadan Ukraynaya art arda PUA hücumları
Fransada yaşam xərclərinə qarşı kütləvi etirazlar davam edir
Dünyanın yeni mini Ayı: 2026 QQ8-in təbii mənşəyi təsdiqləndi
İsrail və ABŞ İranla bağlı ortaq planlar hazırlayır