“Cavan oğlandı, pulsuz qalmasın” - “Mərhəmətli” oğrudan qeyri-adi addım (VİDEO)
Minval.info xəbər verir ki, o, bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu əlindən alıb.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib. Orada istəyinə nail ola bilməyən Ceyhun Sultanov Fərid Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.
Pulunu ələ keçirdikdən sonra 10 manatı yol pulu etməsi üçün Fərid Həsənovun özünə geri qaytarıb.
Ceyhun Sultanov – Saxlanılan şəxs: “Pulunu götürdüm. 188 manat olub, 10 manatı ona verdim. Ona görə ki, cavan oğlandı, gedir, pulsuz qalmasın”.
Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsi və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.
https://www.youtube.com/watch?v=Z6pn-wIbmzw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gecə klubunda sinələrinə vurub "Ya Zeynəb" mahnısını oynadılar... – ŞOK
Kamran Həsənlidən Mirmahmud Mirəlioğluna çətin sual!
Buraxıldığı gün yenidən saxlanılan şəxslə bağlı qərar verildi
Azərbaycanda kişi birgə yaşadığı sevgilisi tərəfindən döyüldü – VİDEO
