Camal Qaşıqçının oğlundan şok açıqlama
“Səudiyyə Ərəbistanının məhkəmə sisteminə inamım sonsuzdur”
Ötən il qətlə yetirilən səudiyyəli jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı atasının qətli ilə bağlı məsələdə Səudiyyə Ərəbistanının məhkəmə sisteminə etibar etdiyini bildirib. Ötən il Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalistin oğlu öz “Twitter” hesabında qeyd edib:
“Sevimli atamı itirdiyimizdən bir il ötür. Daha əvvəl dediyim kimi, Səudiyyə Ərəbistanının məhkəmə sisteminin ədaləti təmin edəcəyinə və bu dəhşətli cinayətin günahkarlarını cəzalandıracağına inanıram. Atam kimi vətənə və onu idarə edənlərə sadiq qalacam”.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Xatırladaq ki, ötən ilin 2 oktyabr tarixində Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçı evlənmək üçün ölkəsinin İstanbuldakı Baş Konsulluğuna getmiş və oradan çıxmamışdı. Bir az sonra onun vəhşicəsinə öldürüldüyü məlum olmuşdu. BMT-nin İnsan Hüquqları üzrə Ali Məhkəməsi iyun ayında yaydığı 101 səhifəlik hesabatda Camal Qaçıqçının öldürülməsində Səudiyyə Ərəbistanını günahlandırıb.(musavat.com)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək