"Bura gəlməyin, çobandırlar" - Körpəsi ölən valideynin üsyanı - Video
Xəbər verdiyimiz kimi, Bakıda özəl xəstəxanada ötən həftə yeni doğulmuş körpə ölüb.
Minval.info xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən “German” Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.
Ölən körpənin valideynləri və qohumları hadisəyə görə xəstəxananın həkimlərini günühlandırır. Onlar övladlarını doğumdan 3 gün sonra “German” Hospitaldan götürməyə gəlsələr də, tibb işçiləri uşağın keçindiyini bildirib.
Faktla bağlı araşdırmanın aparıldığı bildirilir.
Daha ətraflı videoda:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
28 dəfə Həccə gedən Hacı Qalibin başı dərddə - Haqqında araşdırma gedir
“Qarabağ alınana qədər qarabağlıyam” – Meyxanaçı Ələkbər
“Zelenskini öldürmək istəyirlər” - iki ölkədən şok xəbərdarlıq