“Buna səbəblərdən biri də porno videolara baxmaqdır” - Azərbaycanlı seksoloq kişilərə səsləndi
Seksoloq Şəmsəddin Babayev baku.ws-ə müsahibəsində maraqlı məqamlara toxunub.
Minval.info həkimə ünvanlanan “hər kəsin fəxrlə dediyi, həmişə fəxr olunan boşalmanın gecikməsinin zərəri var” sualına verdiyi cavabı təqdim edir:
–Ümumiyyətlə götürəndə boşalma dediyimiz termin “eyakulyasiya” deməkdir. Eyakulyasiya təqribən 3-4 dəqiqədən sonra başlamalıdır. Normal orta göstərici isə 4-10 dəqiqədir. Bəzən olur ki 25-30 dəqiqə çəkir. İnternetdə gördüyünüz bəzi reklam xarakterli videolarda guya 40-50 dəqiqəyə qədər gecikmə edirlər. Amma bu normal hal deyil, mümkün deyil. Bunun üçün ayrıca məşqlər var. Əgər boşalmanın gecikməsi yaranırsa, deməli xəstəliklər var. Məsələn, ümumi xəstəliklər var ki, onlar boşalmanın gecikməsinə gətirib çıxarır.
ƏLAQƏLİ
Fidan Hacıyevadan həyat yoldaşı ilə bağlı səmimi etiraf: "Məni hər dəfə məscidə aparırdı"
Bunlardan biri qripdir. Bir insan davamlı olaraq tez-tez qrip tutursa, artıq onun bədənində o viruslar qalır və xayalarda hansısa virusa çevrilir. Bunun nəticəsində boşalma gecikir. Digər bir səbəbi isə psixolojik dərmanlardır ki, sinirləri öldürür, psixoseksual mərkəzi yatırdır. Cavanlarda isə boşalmanın gecikməsi ən çox, psixoloji-psixogen səbəbdən baş verir.
Cavan var ki, ümumiyətlə qorxur sekslə məşğul olmaqdan. Özündən asılı olmayaraq qadına yaxınlıq edə bilmir. Yada ki, həddən artıq dini mühitdə, dini söhbətlərlə böyüdülür. Uşaq vaxtında ailədən eşidir ki, sperma ifraz etmək günahdı, qadınla əlaqə günahdı və bu fonda başqa söhbətlər. Uşaqları belə böyütmək heç bir normativə uyğun deyil. Heç İslam dinində belə seksə qarşı mənfi reaksiya yoxdur. Uşaq dezinformasiya alır və gələcək həyatını korlayır. Ata oğlu ilə, ana qızı ilə böyüyə-böyüyə müəyyən söhbətlər aparılmalıdır.
Ata oğlunu, ana qızını pərdəni saxlamaq şərti ilə müəyyən şeyləri öyrədib ailə həyatına hazır etməlidirlər. Yoxsa uşaq gedib küçədə özündən böyük uşaqlardan daha qabarıq şəkildə, daha pozğun şəkildə öyrənəcək. Yada ki, gedib pornoqrafik videolardan səhv şeylər öyrənəcək. Uşaqlıq vaxtından düzgün tərbiyənin aparılmaması nəticəsində psixoseksual mərkəzlər tormozlanır və gəncin seks həyatı qaydasında irəliləmir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Elməddin Cəfərov: “Heç vaxt qadın paltarı geyinmərəm”
“12 manatla "Gelandewagen" almağa getdim, xəstəsiyəm" - Baləli
"Mədəniyyət naziri nazir kimi deyil, insan kimi..." - Hikmət Rəhimov