Buket Aydının bu paylaşımı deputatı əsəbiləşdirdi - Foto
Türkiyəli aparıcı Buket Aydının münaqişə zonasından paylaşdığı foto CHP millət vəkili Mehmet Bekaroğlu tərəfindən sərt tənqid olunub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparıcı “Barış pınarı” əməliyyatının üçüncü günündə PKK və YPG silahlı qruplaşması tərəfindən jurnalistlərin atəşə tutulduğu əraziyə gedərək “hücum etsəniz də, buradayıq” şərhiylə foto paylaşıb.
Bu paylaşım millət vəkilini hiddətləndirib, o, jurnalisti işində ciddi olmağa çağırıb:
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
“Gördüyünüz iş ciddidir. Uşaqlar, sakinlər, əsgərlər ölür, ana-atalar ekran qarşısında uşaqlarından bir xəbər almağı gözləyir. Siz isə sanki podiuma çıxmış kimi poza verirsiz. Üzünüzü o qədər boyamağa necə vaxt tapdız? Əfsuslar olsun”.
Qeyd edək ki, ötən gün sözügedən ərazidə jurnalistlər atəşə tutulan zaman iki media mənsubu yaralanmışdı. Hadisə yerində onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək