Bu videoya görə sürücü cərimələnmədi - Səbəb isə...
Bakıda piyada xəttindən keçən qadının üzərinə maşın sürərək yolu keçən sürücü barədə rəsmi açıqlama verilib.
Yayılan videogörüntüdə müşahidə edilir ki, 90 LP 055 nömrəli “Land Cruiser” markalı avtomobil piyada xəttinə daxil olur və həmin zaman zolaqda hərəkətdə olan piyada qadınla qarşılaşır. Bu zaman sürücü dayanmayaraq yoluna davam edir və piyadaya yan hissədən bir qədər toxunur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polkovnik Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin hadisə ilə bağlı sürücüyə heç bir cərimə yazılmayacaq: “Həmin yerdə piyada xətti işıqforla tənzimlənir. Nəqliyyat vasitələrinə yaşıl işıq yandığı zaman qadın piyada yola daxil olur. Əvvəl dayanır, sonra hərəkət edir, axırda isə çantası ilə maşını vurur ki, ona yol versin. Burada açıq-aşkar günah xanımdadır. Buna görə də sürücü cərimə olunmayacaq. Piyadalar yollarda qanunlara uyğun hərəkət etməlidirlər. İşıqforla tənzimlənən piyada xətlərində yolu yalnız onlar üçün yaşıl işıq yanan zaman keçməlidirlər”.
Qeyd edək ki, videonu avtosfer.az saytı yayımlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qıza sataşan oğlanların cavabını belə verdilər (VİDEO)
Azərbaycan polisindən örnək addım - VİDEO
Bakıda qadının oğurluğu anbaan kameraya düşdü – VİDEO
Ayı tutularaq Reabilitasiyası Mərkəzinə göndərildi - VİDEO
Bakıda avtobusda sərnişinlər əlbəyaxa davaya çıxdı - VİDEO
Cəbrayılın Şıxalıağalı kəndinin görüntüləri VİDEO