Bu ölkə koronavirusla belə mübarizə aparır
İndoneziyanın Kənd Təsərrüfatı Nazirliyi koronavirusun bir insandan başqasına keçməsinin qarşısını alan evkaliptdən hazırlanmış boyunbağını təqdim edib.“Ölkə.Az” xarici mediaya istinadən xəbər verir ki, bu yeniliyi ictimaiyyətə nazir Syahrul Yasin Limpo çatdırıb.
Nazirin sözlərini sitat gətirən qəzet yazır: “ İndoneziya Səhiyyənin İnkişafı və Tədqiqatlar Milli Agentliyinin mütəxəssisləri 700-dən artıq evkalipt növünü birləşdirərək bu boyunbağını düzəldiblər. Sınaqlar göstərir ki, belə bir bitki birləşməsinin təqribən 30 dəqiqə gəzdirilməsi 80 faiz virusların, o cümlədən COVID-19-un məhvinə səbəb olur”. Nazir, həmçinin bildirib ki, o, özü də şəxsən müxtəlif tədbirlərə gedərkən bu antivirus boyunbağısından istifadə edir.
Agentliyin rəhbəri Fəcri Cifri də bildirib ki, evkalipt koronavirus aşkar edilən bir çox xəstələrin müalicəsi zamanı istifadə edilib və bu zaman müsbət dəyişikliklər müşahidə olunub.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, İndoneziyada 63 mindən çox koronavirusa yoluxan var. Onların 3 mindən çoxu həyatını itirib. Bu göstəricilərə görə İndoneziya Cənub-Şərqi Asiyada birinci yeri tutur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi