Bu ölkədə dərs ilinin müddətinin azaldılması təklif olunub
Litva şəhər və rayon bələdiyyələrinin əksəriyyəti hökumətə dərs ilinin müddətini azaltmağı təklif ediblər.
AZƏRTAC bildirir ki, əhali arasında keçirilmiş sorğuya əsaslanan Litva bələdiyyələrinin üçdə ikisi artıq daha qısa dərs ili istədiklərini bəyan edib. Buna səbəb may ayından sonra başlanan anomal istilər olub. Ölkə rəhbərliyi etiraf edib ki, ölkədəki məktəblər isti hava şəraitinə uyğunlaşdırılmayıb.
Bir neçə il əvvələdək Litvada dərslər may ayında başa çatırdı. Lakin sonralar Avropa standartlarına uyğun olaraq dərs ili iyunun sonunadək uzadılmışdı. Şəhər şuralarının rəhbərləri qeyd ediblər ki, son illərin nəticələri belə addımın gərəksiz olduğunu sübuta yetirib.
Həmçinin valideynlər şagirdlərin yay tətilinin daha səmərəli keçirilməsi istiqamətində təkliflər irəli sürüblər. Onlar muzey və digər tarixi abidələrə girişin baha olduğunu qeyd ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək