05.09.2019 - 20:33
Dünya
26 baxış
Bu ölkədə artıq elektron siqareti də qadağan edirlər
Miçiqan ətirli elektron siqaretlərin istifadəsini qadağan edən ilk ABŞ ştatı olub.
Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Qadağa şirin və meyvə ətirlərinin, həmçinin nanə və mentolun istifadə olunduğu veyp-məhsullara aiddir. Qadağa tütün dadlı elektron siqaretlərə şamil olunmur.
Bundan əlavə bu növ məhsulların təsviri zamanı “təmiz”, təhlükəsiz” və “sağlam” kimi sözlərdən istifadə də qadağan edilir. Çünki bu sözlərin istifadəsi insanlarda yanlış təəssürat formalaşdıra bilər.
Ştatda qadağa həm pərakəndə, həm də onlayn satışa tətbiq olunur və 6 ay ərzində qüvvədə olacaq. Qadağa bu müddət bitdikdən sonra daha 6 ay da uzadıla bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14