06.08.2019 - 10:38
Dünya
11 baxış
Bu ilin birinci yarısında Gürcüstanda 30 mindən çox cinayət faktı qeydə alınıb
Bu ilin birinci yarısında Gürcüstanda 33 min 399 cinayət faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.
Bildirilir ki, 2019-cu ilin yanvar-iyun aylarında qeydə alınan cinayət hallarının böyük əksəriyyəti əmlaka zərər vurma ilə bağlı olub – 13 min 682 fakt.
İkinci yerdə insan sağlamlığına zərər vurma ilə bağlı olan cinayətlərdir. Hesabat dövründə 6 min 116 belə fakt qeydə alınıb.
Hesabat dövründə həmçinin, narkotik vasitələrlə bağlı 2 min 738, insan haqları və azadlıqlarının pozulması ilə bağlı 1 676 cinayət əməli baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14