Bu il 84 mindən çox erməni ölkəsini tərk edib
Ermənistanda 2021-ci ilin 8 ayı ərzində hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərin ümumi sayından 64 078 nəfər çoxdur.
Minval.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, 9 ayda hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 74 506 nəfər, 10 ayda isə gələnlərin sayından isə 84 934 nəfər çox olub.
Məlum olub ki, Ermənistandan miqrasiyanın mənfi saldosu 3 ay ərzində demək olar, 21 min nəfər və ya 33% artıb.
Qeyd edək ki, bununla bağlı statistik göstəricilər ötən il də analoji olub. Belə ki, Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərin sayından çox idi. Statistika Komitəsi on minlərlə erməninin ölkəni birdəfəlik tərk etdiyini, Rusiya, eləcə də digər ölkələrdə vətəndaşlıq aldığını açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub