Sürücülərin gözlədiyi gün gəldi
Bu gündən başlayaraq avtomobillərdə jalüzlərin istifadəsinə icazə verilib.
Mayın 1-dən etibarən ölkə ərazisində idarə olunan minik avtomobillərinin arxa sağ-sol qapı şüşələrinə sənaye üsulu ilə hazırlanmış, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilən standartlara cavab verən jalüzlərin istifadəsinə icazə verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hər il bununla bağlı xəbərdarlıq edir. Bildirilir ki, havaların isti keçməsindən istifadə edən bəzi sürücülər avtomobilin arxa yan şüşələrində buqələmun, güzgü və müxtəlif rəng çalarlarından istifadə etməyə üstünlük verir ki, bu da yolverilməz haldır. Burada söhbət yalnız standartlara uyğun və sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsindən gedir.
Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaq. Jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Nəşriyyatlar can verir" - Millət vəkili
Mətanət Əsədovanın 18 + videosunu yaydılar - VİDEO
Bu yollar bağlıdır - Diqqətli olun!