Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək - SENSASİON İDDİA
Ölkələr dollardan imtina etməyə başlayarsa, ABŞ dünya hegemonluğunun əhəmiyyətli hissəsini itirə bilər.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Russian Today” (RT) telekanalı ilə söhbətində Beynəlxalq Humanitar-siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter bildirib.
“Vaşinqton üçün dünya valyutası kimi dollardan istifadə etmək imkanı əsas xarici iqtisadi və xarici siyasət lingidir. Amerikalılar bu lingi itirərək dünya hegemonluğunun əhəmiyyətli hissəsini və dünya proseslərinə təsir etmək imkanını itirəcəklər. Onlar indi Çin, Rusiya və Fransaya təzyiq göstərməyə çalışırlar. Və əgər onlar ticarətdə dolları seçəcəklərsə, Vaşinqtona qulaq asmayacaqlar”, – Bruter deyib.
Ancaq, ekspert vurğulayıb ki, dollar bu gün dünya ticarətinin əhəmiyyətli hissəsidir və hesablamalarda bu valyutadan imtina ticarətin yoxluğunu bildirərdi. O əlavə edib ki, kriptovalyutadan istifadə üçün dünya ölkələrinin ümumi mövqeyi lazımdır.
Ekspert bununla da, dolların əvəzinə ehtiyat valyuta olaraq “qlobal rəqəmsal alternativ” təklif edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karninin sözlərini şərh edib. Karni Amerika valyutasının dünya iqtisadiyyatına zəiflədici təsir göstərdiyini söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü