Bu 2 ölkə hərbçilərini Polşa-Belarus sərhədinə göndərmək istəyir
Macarıstan və Çexiya öz hərbçilərini Polşa-Belarus sərhədinə göndərmək niyyətindədirlər.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Polşanın milli müdafiə naziri Mariuş Blaşak açıqlayıb.
“Hazırda Macarıstan və Çexiya hərbi komponentləri ilə Polşa qüvvələrinə dəstək verilməsi barədə danışıqlar aparılır. Biz bu dəstəyi nə vaxt və hansı formada alacağımızı müzakirə edirik”, – deyə Blaşak bildirib.
Bundan əvvəl verilən məlumatda isə qeyd olunurdu ki, Böyük Britaniya və Estoniya hərbi birləşmələri Belarusla sərhədin qorunmasına kömək etmək üçün artıq Polşaya gediblər.
Xatırladaq ki, minlərlə miqrant Avropa İttifaqı ölkələrinə getmək ümidi ilə Belarus və Polşa arasındakı sərhədə toplaşıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə