Britaniyaya 100 milyon zərər vuran haker Rusiya agenti çıxdı
ABŞ-ın Maliyyə Nazirliyi “Evil Copr” haker qrupunu, Rusiyanın altı kompaniyası və 17 nəfəri sanksiya siyahısına salıb. Onlar banklardan 100 milyon dollardan artıq pul oğurlamaqda ittiham olunurlar.
Bu barədə “Daily Mail” xəbər verib.
ABŞ hökumətinin iddiasına görə, “Evil Copr”un lideri Maksim Yakubeç nəinki haker təşkilatının rəhbəridir, həmçinin, rus agentidir.
“Maksim Yakubeç Rusiya hökumətinə birbaşa kömək edir və 2017-ci ildən etibarən Rusiya Federal Təhlükəsizlik Bürosuna işləyib”, – deyə qurumdan bildirilib.
Onun yeri barədə məlumat verənə isə beş milyon dollar mükafat təyin olunub. Beləliklə, o, 2015-ci ildə üç milyon dollar mükafat təyin edilən digər rus haker Yevqeniy Boqaçovun rekordunu qırıb.

32 yaşlı Yakubeç Ukraynada dünyaya gəlib, Rusiya vətəndaşıdır. İnternetdə o, Aqua, Aquama, Carlos və Shluhnet niklərindən (ləqəb) istifadə edib.
Nəşrin məlumatına görə, Yakubeç Rusiyada krallar kimi yaşayır. Onun təkcə öz toyuna 250000 funt sterlinq xərclədiyi deyilir. Bundan başqa “VOR” (“Oğru” –red.) seriya nömrəsi ilə “Lamborghini” idarə edən qrup liderinin ev heyvanı kimi şir və pələng saxladığı vurğulanır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gözəllik kraliçası həbs edilib-50 il cəza veriləcək
Azərbaycanlı iş adamı intihar etdi
Ərdoğan: "ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib"
İraqda İŞİD 12 polisi öldürdü
ABŞ-da qadın müayinədən sonra heyrətə gəldi - Foto
Adnan Oktar barədə qərar verildi