Braziliya G7-nin maddi yardımını qəbul etməyəcək - Açıqlama
Braziliya G7 sammitində Amazon meşələrindəki yanğınla mübarizə aparan ölkələr üçün razılaşdırılan 20 milyon dollar maddi yardımı qəbul etməyəcək.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə braziliyalı rəsmilər bildiriblər.
Braziliya Prezident Administrasiyasının rəhbəri Oniks Lorenzoni deyib ki, Braziliya hökuməti bu yardımı müsbət qiymətləndirir, lakin bu resurslar Avropada meşələrin salınması üçün daha uyğun ola bilər.
Ölkənin Ətraf mühit naziri Rikardo Sayes isə daha öncə G7-nin bu dəstəyinə qarşı müsbət fikir bildirsə də, Prezident Bolsonaronun nazirlərlə görüşündən sonra açıqlamasında “Braziliya heç vaxt Fransa Prezidenti Makronun niyyətində olduğu müstəmləkəçi və imperialist təcrübələrə sahib olmayan demokratik, azad bir xalqdır”, – deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək