Boşanan dünya çempionu medallarını sataraq müflislikdən çıxmağa çalışır
İngiltərə reqbi millisinin keçmiş kapitanı Lourens Dallaqlio, 2003-cü il Dünya Kubokunu qazanmış idmançı, maliyyə çətinlikləri ilə üzləşdiyi üçün medallarını satışa çıxarmaq məcburiyyətində qalıb.
Minval.info xəbər verir ki, Dallaqlio, vergi orqanlarına olan borcları səbəbindən müflis olduğunu elan edib. Keçmiş idmançı, həyat yoldaşından boşanmasının bu maliyyə böhranına səbəb olduğunu bildirib.
Dallaqlio, maliyyə problemlərini aradan qaldırmaq üçün qazandığı kubokları satmağa qərar verib. Onun 2003-cü il Dünya Kuboku medalının dəyəri 50.000 ilə 80.000 funt sterlinq arasında qiymətləndirilir.
Keçmiş kapitan, 2007-ci il Dünya Kubokunun vitse-çempionluq medalını da satışa çıxarıb və bu medal üçün təxminən 10.000 funt sterlinq əldə edə bilər. Müxtəlif medallarının ümumi dəyəri isə 180.000 funt sterlinq olaraq hesablanır.
Lourens Dallaqlio, 1995-2007-ci illər arasında İngiltərə millisi üçün 85 oyun keçirib və reqbi tarixində əhəmiyyətli iz qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Barselona"nın Bakıya gəliş tarixi məlum oldu
“Siti”nin sahibləri 2 milyard dollarlıq kreditdən məhrum oldular
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu oldu
“Mançester Yunayted”in borcu artdı, səhmlər ucuzlaşdı
Bu gün idman dünyasında hansı oyunlar keçiriləcək
Xankəndidə yenilənmiş stadionda ilk futbol oyunu başladı